Bu yazıda 3 sual
Güclü motivasiya məktubu aşağı qiyməti örtür?
Rəsmi minimumu avtomatik ləğv etmir. Minimumdan aşağısansa, ərizə haqqını ödəməzdən əvvəl qəbul ofisinə yaz. Minimumu keçmisənsə, məktubda ixtisasa aid işini, layihəni və öyrənmək istədiyini göstər.
Məsələn, Oxford minimumdan aşağı qəbulun xüsusi hallar olmadıqca az ehtimallı olduğunu bildirir. Başqa universitetin qaydasını isə onun özündən öyrənmək lazımdır.
ÜOMG-m 65–75 arasıdır. Hansı GPA sayılır?
100 ballıq nəticəni özün 4 ballıq şkalaya çevirmə. Universitet sənin transkriptini və rəsmi qiymətləndirmə şkalasını əsas götürərək uyğunluğu müəyyən edir. Eyni rəqəm fərqli sistemlərdə eyni məna vermir.
Qəbul ofisinə nəticəni, şkalanı, ixtisası və hədəf proqramı birlikdə göndər.
Qəbul ofisinə qısa e-poçt nümunəsi
I hold a bachelor’s degree in [field] from [university, Azerbaijan]. My overall result is [score] on a [scale] grading system. Could you confirm whether this meets the academic minimum for [programme, intake]? I have attached my transcript and the official grading scale.
Mötərizələri öz məlumatınla dəyiş. Məqsəd qəbul vədi almaq deyil, akademik uyğunluğu aydınlaşdırmaqdır.
Minimuma çatmıramsa, hansı yol qalır?
Fərqli minimumu olan proqram, iş təcrübəsini nəzərə alan qəbul və ya pre-master hazırlığı ola bilər. Sussex, məsələn, magistrə hazırlıq yolu təqdim edir. Amma hazırlığa qəbul magistrə şərtsiz keçid deyil.
Ödənişdən əvvəl hansı magistrə, hansı nəticə ilə keçəcəyini və əlavə ilin tam xərcini öyrən. Bunlar məlum deyilsə, “zəmanətli magistr” vədinə əsaslanma.
NÖVBƏTİ SUALIN
Xaricdə təhsil üçün IELTS neçə olmalıdır?
Akademik minimum aydındırsa, növbəti iş proqramın dil balını və imtahan tələbini öyrənməkdir.
Öz hazırlığını yoxla
Bu brauzerdə saxlanılır · 0/4
Bu cavablar nəyə əsaslanır?
Qəbul və maliyyə şərtləri bu rəsmi mənbələrlə yoxlanılıb. Müraciət zamanı öz proqramının cari elanını oxu.
- Oxford — akademik kvalifikasiyalar və minimum tələblər
- Sussex — magistr tələbləri və hazırlıq yolları
Suallar və təcrübələr
İlk sualı sən ver. Bu mövzuda nəyi dəqiqləşdirmək istəyirsən?
